Cari mövsümün sonunda Münhen “Bavariya”sından ayrılacağını açıqlayan David Alaba iki klubdan təklif alıb.

Offsideplus.az xəbər verir ki, avstriyalı müdafiəçi “Çelsi” və PSJ klubundan təklif alıb. Lakin 28 yaşlı futbolçu hər iki klubun təklifini rədd edib. 

Alaba “Real”da, ya da “Barselona”da çıxış etmək istəyir. 

Qeyd edək ki, sözügedən oyunçu 2010-cu ildən “Bavariya”nın şərəfini qoruyur.