"Bavariya"nın ulduzu David Alabanın agenti futbolçunun mümkün "Barselona" transferi barədə açıqlama verib.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, Pini Zahavi müdafiəçinin Katalon klubu ilə anlaşdığı iddialarını təkzib edib. O, Alabanın şifahi razılığının olduğu yeganə klubun "Real" olduğunu bildirib:

"Barselona" ilə heç bir razılıq əldə edilməyib. Bu xəbərlər yanlışdır. Davidin şifahi razılığı olduğu yeganə klub "Real"dır, lakin hələ heç bir müqavilə imzalanmayıb".

Qeyd edək ki, David Alaba bu mövsümün sonunda "Bavariya"nı tərk edəcək.