David Alaba bu gün mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Alman həmkarlarımız avstriyalı müdafiəçinin karyerasını başqa komandada və başqa ölkədə davam etdirmək istədiyini yazıb. 

Qeyd edək ki, Alaba ilə "Real" və "Barselona" yaxından maraqlanır.