David Alabanın "Çelsi"də istədiyi məbləğ gözləri kəlləyə çıxarıb.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "zadəganlar"dan həftəyə 400 000 funt-sterlinq, illik isə 21 milyon funt-sterlinq tələb edib. "Çelsi" klubu avstraliyalı futbolçunun endirim etməsi ilə yanaşı, oyunçusu Tiaqo Silvanın da müqaviləni yeniləməyini gözləyir. Belə ki, Silvanın qalması və ya getməsi halı Alabanın transferinə də təsir edəcək.

Qeyd edək ki, müqaviləsinin son aylarına qədəm basan David Alaba ilə İspaniya "Real"ı da yaxından maraqlanır.