Almaniya Bundesliqasında dünən baş tutan "Ayntraxt" - "Şalke" matçı (3:1) maraqlı hadisə ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Frankfurt təmsilçisinin kapitanı David Abraham "Ayntraxt"la son oyununa çıxıb. 8 ildir şərəfini qoruduğu klubu ilə yollarını ayıran 34 yaşlı futbolçu matçın sonunda formasını dəyişmək qərarına gəlib. Maraqlısı isə formanı futbolçulardan biri ilə yox, oyunun baş hakimi ilə dəyişməsidir.
Həmin görüntüləri təqdim edirik: