David Alabanın təklifləri başından aşır.

"Bavariya"nın müdafiəçisi 5 fərqli klubdan təklif alıb. Bu barədə tanınmış jurnalist Fabritsio Romano "tvitter" səhifəsində paylaşım edib.

Offsideplus.az adıçəkilən mənbəyə istinadla xəbər verir ki, Avstriya millisinin üzvünün "Bavariya" ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq ki, xidmətində maraqlı olanlar artıq indidən növbəyə düzülüb. Alaba 2010-cu ildən Almaniya nəhənginin formasını geyinir ki, özü də ab-havanı dəyişməkdə maraqlıdır. Təkliflər arasında "Real"ın da adı var ki, 28 yaşlı oyunçu Madridə getmək istəyir.