Qış transfer dönəmi yaxınlaşdıqca yeni transfer xəbərləri bir-birini əvəzləməyə başlayır.

Offsideplus.az xəbər verir ki, gələn yay "Bavariya" ilə müqaviləsi başa çatacaq olan David Alaba Avropanın 6 nəhəng klubunun hədəfindədir. Belə ki, 28 yaşlı müdafiəçi ilə rəsmi danışıqlara başlamaq istəyən komandalar arasında İngiltərədən "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" klubları var. İspaniya La Liqasında "Real Madrid" və "Barselona" da ulduz futbolçu ilə yaxından maraqlanır. Bundan əlavə, David Alaba Fransa klubu PSJ-nin də transfer hədəfindədir.

Qeyd edək ki, bu klubların yanvar ayında "Bavariya" və Alabaya rəsmi təklif göndərəcəyi gözlənilir.