“Bavariya” futbolçusu Frank Riberi ilə müqavilənin müddətini uzadacaq.
Offsideplus.az xəbər verir ki, artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Yeni anlaşmaya əsasən, fransız yarımmüdafiəçi daha 1 il - 2019-cu ilin yayına qədər Münhen klubunun şərəfini qoruyacaq. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.
Qeyd edək ki, Riberi 2007-ci ildən “Bavariya”da çıxış edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.