“Bavariya” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Yeganə qolu isə 43-cü dəqiqədə cari mövsümdə möhtəşəm oyunu ilə diqqət çəkən Robert Levandovski vurub.
“Bavariya” 32 matçda 76 xalla çempionluğu rəsmiləşdirib. İkinci pillədə olan Dortmund “Borussiya”sı 66 xalla Münhen klubuna çatmaq şansını itirib.
Qeyd edək ki, “Bavariya” vaxtından əvvəl tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-ci dəfə çempion adını qazanıb.