Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Dortmund klubunun 19 yaşlı hücumçusu Erlinq Haland sıradan çıxıb.
Onun Bundesliqanın 28-ci turu çərçivəsində “Bavariya” ilə keçirilən oyunda (0:1) zədələndiyi bildirilir. Oyun zamanı hakimlə toqquşan futbolçu, 72-ci dəqiqədə əvəzlənib. Halandın Bundesliqanın növbəti turunda keçiriləcək “Paderborn”la oyunu buraxacağı bildirilir.