Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın Bundesliqa təmsilçisində qalacağı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi ilə futbolçunun meneceri Mino Rayola arasındakı razılığa əsasən, Haland 2 il komandada qalacaq və yalnız 2022-ci ilin yayında "Real"a keçə biləcək.

Norveç millisinin üzvünün sözləşməsində klubu tərk edə bilmək bəndi yoxdur.

Qeyd edək ki, 20 yaşlı oyunçu "Borussiya"ya qış fasiləsində 20 milyon avroya "Zalsburq"dan keçib.