Dortmund "Borussiya"sı gənc futbolçusu Ceydon Sançonu komandada saxlamaqda israrlıdır.

Offsideplus.az xəbər verir ki, bu məqsədlə Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçi yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif etməyə hazırlaşır. Komanda ingilis oyunçuya ilinə 10 milyon avro ödəyəmə hazırdır. O, hazırda ilinə 6 milyon avro qazanır.

Qeyd edək ki, Sançonun "Borussiya" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.