“Bavariya” rəhbərliyi qapıçı Manuel Noyerin komandada qalacağına inanır.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi Karl Haynz Rummenigge alman qolkiperlə razılığa gəlməyə çalışdıqlarını deyib: “Dünyanın ən yaxşı qapıçısına sahibik. Onunla razılaşacağımıza əminik. Noyerlə ortaq məxrəcəyə gəlməyə çalışırıq”.
Təcrübəli oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ildə sona çatır. Onun klub rəhbərliyi ilə münasibətlərinin yaxşı olmaması səbəbindən komandadan ayrılacağı iddia edilir.
Qeyd edək ki, Almaniya mətbuatı qolkiperin klubdan 5 illik sözləşmə və illik 20 milyon avro tələb etdiyini yazır.