"Bavariya" yayda 32 yaşı tamam olacaq Robert Levandovskiyə əvəzləyici tapıb.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi yay transfer pəncərəsi zamanı güclü oyunçular alaraq yenidən Bundesliqada favorit olmaq niyyətindədir. Rəhbərlik "Liverpul"un braziliyalı hücumçusu Roberto Firminonu Levandovskinin əvəzləyicisi kimi transfer etməyi planlaşdırır. Bundesliqa klubu "Mançester Siti"dən Leroy Saneni də heyətə qatmaq fikdindədir.

Qeyd edək ki, Firmino 2011-2015-ci illər ərzində Bundesliqada "Hoffenhaym"in formasını geyinib.