Almaniya Bundesliqasının XI turunda “Frayburq” - “Ayntraxt” matçında insident yaşanıb.
Offsideplus.az xəbər verir ki, oyunun əsas vaxtına əlavə olunan 5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub. Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb.
Referi Abrahama qırmızı vərəqə verib.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0