Almaniya Bundesliqasının bombardiri Luka Yoviç bir çox Avropa klublarının diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, Frankfurt “Ayntraxt”ında forma geyinən serbiyalı forvardla “Barselona”, “Liverpul” və “Bavariya” yaxından maraqlanır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Xəbərdə “Barselona” skautlarının Yoviçi izləmək üçün Sebiya - Monteneqo matçına getdiyi bildirilib.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp da 20 yaşlı futbolçunun xidmətində maraqlıdır. Belə ki, Klopp rəhbərlikdən forvardın mütləq şəkildə transfer edilməsini istəyib.

“Bavariya” isə Xames Rodriqesin əvəzləyici kimi serb futbolçunu heyətinə qatmaq niyyətindədir.

Frankfurt təmsilçisinin heyətində parlaq çıxışı ilə seçilən serbiyalı futbolçu, bu mövsüm iştirak etdiyi 15 oyunda 12 qol, 3 məhsuldar ötürməylə yadda qalıb. Hazırda Bundesliqanın bombardiri olan Yoviçin transfer dəyəri 20 milyon avrodur. (komanda.az)