“Keşlə” klubu növbəti transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Cavid İmamverdiyevlə müqavilə imzalayıb.

Karyerası ərzində ölkəmizdə “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.