ABŞ-ın Milli Basketbol Assosiasiyasında çıxış edən “Denver Naqqets”in aparıcı üzvü Kameron Conson zədələnib.

Offsideplus.az xəbər verir ki, basketbolçu sağ dizindəki sümükdən xəsarət alıb.

28 yaşlı oyunçu bir müddət zədə səbəbindən oynaya bilməyəcək.

Qeyd edək ki, Conson bu mövsüm komandasının heyətində orta hesabla 11,7 xal, 3,6 ribaund və 2,4 məhsuldar ötürməyə imza atıb.