FIBA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda keçirilən oyunda "Sabah" "Nimburk"a 107:85 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Rimas Kurtinaytis və basketbolçu Castin Tillman media önünə çıxıb.
Əvvəlcə 18 xala imza atan oyunçu fikirlərini bölüşüb:
"Kənardan da göründüyü kimi komandamız meydanda texniki cəhətdən bacarıqlarını maksimum göstərdilər. Ribaundlarda, atışlarda yüksək çıxış etdik. Oyundan əvvəl belə hazırlaşmışdıq, qələbə istəyirdik. Bu oyun da bunu göstərdi. Oyundan oyuna təcrübə yığaraq, təcrübə yığaraq qələbə qazana bildik".
R.Kurtinaytis matç ilə bağlı bu sözləri söyləyib:
"Azərbaycan basketbolu tarixində ilk Çempionlar Liqası qələbəsidir. Bəzi komandalar Avroliqadan Çempionlar Liqasında iştirak etməyə gəlib. Üzrlər, bir az gec oldu. Heyətimizdə itkilər vardı, bir basketbolçumuz gec qoşuldu. "Elan Şalon"a, "Alba Berlin"ə qarşı son oyunları xatırlasaq, qələbəyə yaxın idik. Klubu, rəhbərliyi, oyunçularımı təbrik edirəm".



