Azərbaycanın FIBA Avropa Kubokundakı iki təmsilçisi - "Neftçi" və "Abşeron Lions" bu gün növbəti matçlarına çıxıblar.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" səfərdə Estoniyanın "Kalev" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürüb. Bu görüşdə rəqib komanda 88:82 hesabı ilə qalib gəlib.

Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə qarşılaşıb. Matç Sopot şəhərindəki "Sentennial Sport Hall"da, saat 22:15-də başlayıb və görüş rəqib komandanın 98:75 hesablı qələbəsi ilə yekunlaşıb. 

I qrupunda 5 turdan sonra turnir cədvəli belədir:

1. "Trefl" - 9 xal

2. "Neftçi" - 8 xal

3. "Kalev" - 7 xal 

4."Abşeron Lions" - 6 xal