Azərbaycanın qadınlardan ibarət basketbol yığması bu gün 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, rəqib Bolqarıstan milli komandası olub. Bakı İdman Sarayında baş tutan qarşılaşma saat 15:00-da start götürüb. Bu görüşdə rəqiblər 141:48 hesabı ilə qalib gəlib. 

Yığmamız 3 gün sonra Monteneqro ilə üz-üzə gələcək.