Azərbaycan Basketbol Liqasında (ABL) V turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, 31 oktyabrda daha iki qarşılaşma baş tutub.

A qrupunda mübarizə aparan "Gəncə" "Şəki"ni qəbul edib və rəqibinə 70:84 hesabı ilə uduzub.

B qrupunda yer alan "Sərhədçi" isə səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Bu qarşılaşmada Sumqayıt təmsilçisi 84:80 hesabı ilə qalib gəlib.

Hər iki görüş saat 19:00-da başlayıb. 

ABL, V tur

A qrupu

"Gəncə" - "Şəki" 70:84 (17:27, 17:18, 16:13, 20:26)

B qrupu

"Sumqayıt" - "Sərhədçi" 84:80 (19:21, 17:21, 26:22, 22:16)