"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Fransada "Elan Şalon" komandası ilə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Qarşılaşma rəqib komandanın 84:71 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, B qrupunda mübarizə aparan "Sabah" ilk 2 oyununda məğlub olub.