San Antonio Spurs oyun qurucusu De'Aaron Fox ilə müqavilə uzadıb.
Offsideplus.az xəbər verir ki, yeni müqaviləyə əsasən o, 4 ildə 229 milyon dollar qazanacaq.
Bu barədə insayder Shams Charania məlumat yayıb.
Fox bu ilin fevralında treyd ilə Texas təmsilçisinə keçib.
O, 2017-ci ildən NBA-dədir. Sacramento Kings 27 yaşlı basketbolçunu 5-ci sıradan draft etmişdi. O, 8 mövsüm Kaliforniya təmsilçisində çıxış etdikdən sonra Spurs'ə yollanıb.



