"Beşiktaş" basketbol komandasının baş məşqçisi Duşan Alimpiyeviçlə müqavilə uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Serdal Adalı məlumat verib. O, 39 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalandığını açıqlayıb.

Alimpiyeviç 2023-cü ilin yayından "Beşiktaş"ı çalışdırır. Onun komandası Türkiyə çempionatında yarımfinala yüksəlib. Burdakı rəqib "Anadolu Efes" olacaq.

Seriyada 3 qələbə qazanan komanda finala yüksələcək