Mayın 24-25-də Azərbaycanda ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışda kişi və qadınlar üzrə toplam 12 milli komanda iyunda Monqolustanda keçiriləcək Dünya Kubokuna vəsiqəni uğrunda mübarizə aparır.
Qadınlardan ibarət Azərbaycan milli komandası B qrupunda Latviyaya uduzub, Misirə qalib gəlib. Mərhələni keçən komanda isə Latviya olub.
Qeyd edək ki, ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ qarşılaşmaları "SeaBreeze"də keçirilir.
Qadınlar
Qrup A: 16:00 Çili - Braziliya 20:21
Qrup B: 16:25 Latviya - Misir 13:17
Qrup A: 17:50 Çin Taybey - Braziliya 16:21
Qrup B: 18:15 Azərbaycan - Misir 14:12
Qrup A: 19:40 Çili - Çin Taybey 21:12
Qrup B: 20:05 Latviya - Azərbaycan 17:11