Basketbol üzrə Avroliqanın 12-ci turu çərçivəsində "Partizan"ın qonağı olan "Olimpiakos" xoşagəlməz hadisə ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "Partizan"ın oyunçusu Tirik Cons matçdan sonra "Olimpiakos"un baş məşqçisi Georgios Bartzokasla az qala dava edəcəkdi.
Görüş yekunlaşdıqda Cons qonaq komandanın məşqçilər korpusundan narazılığını bildirməyə gedib. Komanda oyunçuları vəziyyətə müdaxilə edərək, kiçik atışmadan sonra münaqişənin daha da böyüməsinin qarşısını ala biliblər.
Qeyd edək ki, görüş Belqrad təmsilçisinin 78:70 hesablı üstünlüyü ilə yekunlaşıb.