TEB BNP Paribas "Tennisin Ulduzları” layihəsi çərçivəsində məşhur rus tennisçi Mariya Şarapova
və türkiyəli tennisçi Çağla Büyükakçay İstanbulda qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, matçın gedişində bir tamaşaçı 30 yaşlı rusiyalı Mariyaya evlənmə təklifi edib. Rus tennisçi isə gülümsəyərək “Bəlkə” cavabını verib.
Qeyd edək ki, görüş 7:6 və 6:0-lıq setlərlə 2-0 Şarapovanın xeyrinə başa çatıb.