Qadın voleybolçular arasında Azərbaycan çempionatında təxirə salınan V turun iki oyununun vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, noyabrın 7-də baş tutmalı olan UNEC - “Milli Aviasiya Akademiyası” matçı ayın 18-nə, “Gəncə” - “Murov Az Terminal” qarşılaşması isə 21-nə təyin edilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində UNEC ilə debütant “Milli Aviasiya Akamediyası” arasında baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

“Gəncə” isə doğma meydanda “Murov Az Terminal”ı qəlub edəcək. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın əvvəllərində Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəbindən V turun 2 oyunu təxirə salınmışdı.