Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 9-da, saat 20:30-da Çoresku İdman zalında keçiriləcək Moldova - Azərbaycan matçının hakimləri bəlli olub.
Offsideplus.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Polşadan olan referilərin idarə edəcəyi görüşün UEFA nümayəndəsi serb Zoran Dimiç olacaq.
Hakimlər: Damian Qrabovski (Polşa), Dominik Çipinski (Polşa), Viktor Bugenko (Moldova)