Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün 1/4 final oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız Almaniya ilə qarşılaşacaq. Sözügedən görüş saat 21:00-da baş tutacaq.
Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi Madaqaskar, Çexiya və Polşanı məğlub edib. Yığmamız yalnız Niderland kollektivinə uduzub.
Milli pley-ində Litvanı mübarizədən kənarlaşdırıb.


