"Litvalılar harda var, orda birincilik var".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azbasketbol-a açıqlamasında "Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis söyləyib.
O, matçdan sonra basketbol və futbol komandalarının çempionluğunu şərh edib:
"Futbol komandasını təbrik edirəm. Çünki onlar tarixlərində ilk dəfə çempion oldular. Baş məşqçilərini, komandanı təbrik edirəm. Valdas Dambrauskas da litvalıdır. Görürsünüz, litvalılar harda var, orda birincilik var. "Sabah"ın həm futbol, həm də basketbol azarkeşləri möhtəşəmdir. Futbol matçlarında da olmuşam. Bu gün də səsləri çox uca gəlirdi. Növbəti mövsüm üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Oyunlara daha çox azarkeşin, məktəblərdən uşaqların gəlməsinə lap şad olardım. Basketbol həqiqətən də çox yaxşı oyundur".
Qeyd edək ki, final seriyasında "Abşeron Lions"u məğlub edən "Sabah" 2025-26 mövsümü üzrə Azərbaycan Basketbol Liqasının çempionu olub.
View this post on Instagram


