Azərbaycanın kişilərdən ibarət voleybol millisinə yeni baş məşqçi təyin olunub
Offsideplus.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komandamız bundan sonra Boris Qrebennikovun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, 67 yaşlı təcrübəli mütəxəssis zəngin karyerası ərzində müxtəlif ölkələrdə fəaliyyət göstərib.
O, həm klub, həm də milli komanda səviyyəsində bir sıra önəmli uğurlara imza atıb.


