Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə tək qarşılaşma baş tutub.

"Sumqayıt" "Lənkəran"ı qəbul edib.

"Kimyaçılar" rəqibini asanlıqla məğlubiyyətə uğradıb - 107:77.

Qeyd edək ki, bu qələbə "Sumqayıt"ı 22 xalla 3-cü pilləyə yüksəldib.

"Lənkəran" isə 20 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.