“Barselona”nın prezidenti Xoan Laporta “Real Madrid” – “Rayo Valyekano” oyunundakı hakim idarəçiliyini sərt tənqid edib.
Offsideplus.az xəbər verir ki, Laporta oyuna əlavə edilən vaxtın səbəbsiz olduğunu bildirib:
“Oyunun niyə 9–10 dəqiqə artırıldığını heç cür başa düşmürəm. Üstəlik, son dəqiqələrdə ‘Real Madrid"in futbolçuları davamlı şəkildə özlərini yerə ataraq penalti qazanmağa çalışırdılar.”
“Barselona” prezidenti vurğulayıb ki, bu epizodlara görə heç bir oyunçuya sarı vərəqə də göstərilməyib:
“Nəticədə isə istədikləri penaltini aldılar. Məqsədləri də elə bu idi.”



