Los Angeles Clippers və Cleveland Cavaliers komandaları arasında treyd baş tuta bilər.

Offsideplus.az xəbər verir ki, treyd gerçəkləşsə, James Harden Cavaliers'a, Darius Garland isə Clippers'ə keçəcək.

11 dəfə "ALL-Star" seçilən J. Harden 2023-cü ildən Kaliforniya təmsilçisində çıxış edir.

O, cari mövsüm 25.4 xal və 8 assist ortalaması ilə oynayırdı.

Qeyd edək ki, NBA-də treyd üçün son gün fevralın beşidir. Bu tarixdən sonra komandalar yalnız azad agentləri heyətinə cəlb edə biləcək.