Kriştianu Ronaldunun “Əl-Nəsr”in son Səudiyyə Ərəbistanı Pro Liqası oyununda oynamamasının səbəbi zədə ilə bağlı deyil.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə PİF-in (Dövlət İnvestisiya Fondu) transfer siyasətindən narazıdır.
Ronaldu hesab edir ki, rəqib klublar — xüsusilə Kərim Benzemanı transfer edən “Əl-Hilal” — daha güclü dəstək alır və bu da çempionluq yarışında onlara üstünlük qazandırır.
Klub daxilində Ronaldunun oyunda iştirak etməməsi məhdud gücləndirmələrə və qeyri-bərabər münasibətə etiraz kimi qiymətləndirilir.


