AFFA-nın uşaq futbolu strategiyası çərçivəsində “Sabah”, “Qarabağ” və “Neftçi” akademiyalarının mövcud vəziyyəti, metodikası və infrastrukturu təhlil edilib.
Offsideplus.az xəbər verir ki, görüşlərin nəticəsi olaraq akademiyalarda aşağıdakı yeniliklərin tətbiqi planlaşdırılır:
-
Məşqlərin beynəlxalq standartlara və oyunçu yönümlü metodikaya uyğunlaşdırılması;
-
Aşağı yaş qruplarından əsas komandaya keçid mərhələlərinin sistemləşdirilməsi;
-
Akademiyalarda yeni struktur yanaşmalarının və dəqiq rol bölgüsünün tətbiqi.
Bu təhlillər yaxın müddətdə tətbiq olunacaq yeni Akademiya Standartlarının əsasını təşkil edəcək.



