"Beşiktaş" heyətini yeni hücumçu ilə gücləndirir.
Offsideplus.az xəbər verir ki, "qara-qartal" "Genk"dən O Xyon Qyunu (Oh Hyeon-gyu) transfer edir.
O, bu gün günorta saatlarında İstanbulda olacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı hücumçu Avropada "Genk"dən başqa "Seltik"in də formasını geyinib.
Koreyalı futbolçu cari mövsüm 32 oyunda 10 qol vurmağı bacarıb.


