"Sabah" klubu qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə müqavilə müddəti bir illik uzadılıb.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) "Sabah"ın formasını geyinib.