Futbol üzrə Azərbaycan kuboku uğrunda finalçıların adları aprelin 23-də müəyyənləşəcək.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, məhz həmin gündə yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
23 aprel (çərşənbə)
“Qarabağ” - “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika stadionu, 17:00
“Sabah” - “Neftçi”
“Bank Respublika Arena", 20:00
Xatırladaq ki, yarımfinal mərhələsinin ilk görüşlərinin vaxtı bir müddət öncə açıqlanmışdı.
2 aprel (çərşənbə)
“Araz-Naxçıvan” – “Qarabağ”
“Liv Bona Dea Arena”, 17:00
“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 19:30