"Turan Tovuz"un futbolçusu Henri Okebuqvu Misli Premyer Liqasının XV turunda "Sabah"a qarşı ev matçında zədələnib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oyunun 1-ci dəqiqəsində sıradan çıxıb. Onu 6-cı dəqiqədə Veysəl Rzayev əvəzləyib. 

 Qeyd edək ki, hazırda birinci hissəsi oynanılan matçda hesab açılmayıb.