"Turan Tovuz" yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi  Henri Okebuqvunu heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı futbolçunun son klubu Albaniya "Kastriot"u olub. 90 matça çıxan Okebuqvu 5 qol və 4 asistə imza atıb. O, daha əvvəl “Eqnatia” və “Partizani”nin şərəfini qoruyub.