"Sumqayıt" İsrailin “Hapoel” (Təl-Əviv) komandasının oyunçusu Əmir Ağayevi transfer edib. 

Offsideplus.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü sosial şəbəkədəki hesabında paylaşım edib. O, müqavilə imzaladığı vaxt klubun prezident Riyad Rəfiyevlə olan fotosunu dərc edib. 

Qeyd edək ki, Əmir Ağayev "Bney Yehuda" klubunun yetirməsidir. O, İsrailin U-19 və U-21 yığmalarının formalarını geyinib.