"Qarabağ" və "Sabah" arasında Azərbaycan kubokunun 2024/25 mövsümünün final matçı tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtında 5 qol vurulub.

Bu, 1992-ci ildən keçirilən 31 kubok yarışının həlledici qarşılaşmalarının ən məhsuldar oyunu olub.

Buna qədər finalda ən çox 4 qol qeydə alınmışdı: 2014/15 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi.

Ümumilikdə 31 finalda 62 qol vurulub.

Xatırladaq ki, mayın 31-də keçirilən "Qarabağ" - "Sabah" görüşünün əsas vaxtı 2:2 hesabı ilə nəticələnib. 118-ci dəqiqədə Tellur Mütəllimovun qolu isə "Sabah"a həm tarixində ilk titulu, həm də Avropa Liqasına vəsiqəni qazandırıb.