Futbol üzrə Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalına təsadüf edib. Həmin vaxt “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 nəfər izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.