Peşəkar Futbol Liqası (PFL) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar xüsusi video-çarx hazırlayıb.
Offsideplus.az xəbər verir ki, uşaqlar Azərbaycan Kubokunda çıxış etmiş komandaların təmsil olunduqları bölgələrdə dövlət himnini ifa ediblər.
Dünən baş tutan Azərbaycan kubokunun final matçının açılış mərasimində də buna yer ayrılıb. Dövlət himninin ifası zamanı video-çarx monitorlar vasitəsilə tamaşaçılara təqdim olunub.
Sözügedən videonu təqdim edirik: