Bu gün Azərbaycan Kuboku uğrunda final matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan həlledici matçda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

Azərbaycan kubokları tarixində sayca 31-ci finalda "Sabah" qalib gələrək ilk titulunu qazanıb.

Eyni zamanda "Sabah" Avropa Liqasına vəsiqə əldə edib.

Azərbaycan Kuboku, final

19:00 "Qarabağ" - "Sabah" 2:3 (əsas vaxt 2:2, əlavə vaxt 0:1)

Kado Borges, 45+1; Con İrasabal, 68 (avtoqol) - Pavol Safranko, 35 (pen.), Kahim Parris, 90+5; Tellur Mütəllimov, 118

Toral Bayramov 43-cü dəqiqədə, Pavol Safranko 54-cü dəqiqədə penaltidən yararlana bilməyib 

“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev

Baş məşqçi: Vasili Berezutski

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu