Azərbaycan kuboku uğrunda yarışda yarımfinala vəsiqə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"lə oyundan sonra mətbuat konfransı keçirib. 

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı 3:1 hesablı qələbə qazanmalarına baxmayaraq, çətinliklə üzləşdiklərini deyib.

"Səbail" heyətdə bəzi dəyişikliklər etmişdi. Bizə xeyli problem yaşatdılar. Düşünürəm ki, azarkeşlər üçün heç də maraqsız oyun alınmadı. Düzdür, çox hava soyuq idi. Mənə də soyuq oldu" - deyə Q.Qurbanov bildirib.

"Qarabağ"ın çalışdırıcısı VAR sisteminin işi ilə da bağlı fikirlərini bölüşüb: "VAR bəzi epizodları çox incələməli oldu. Avrokuboklarla yerli çempionatda topun oyunda qalma müddəti arasında böyük fərq var söyləmişdim. Həmin fikrimdə qalıram. Təxminən 8-10 dəqiqəlik fərq mövcuddur".