Sabah futbol üzrə Azərbaycan kuboku uğrunda yarışda 1/4 final mərhələsinin cavab görüşləri start götürəcək.
Offsideplus.az xəbər verir ki, iki gün ərzində keçiriləcək qarşılaşmaların hakim təyinatları açıqlanıb.
Bu mərhələdə ən prinsipial görüşün "Zirə" və "Araz-Naxçıvan" arasında olacağını nəzərə alan AFFA-nın Hakimlər Komitəsi matça FIFA dərəcəli ədalət təmsilçilərini göndərir. Hazırda ölkəmizin ən yaxşı futbol hakimi sayılan Əliyar Ağayev isə qarşılaşma zamanı VAR sisteminə nəzarət edəcək.
27 fevral
 
“Qarabağ” – “Səbail” (ilk oyun - 1:0)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 16:00
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
 
“Sumqayıt” – “Sabah” (ilk oyun - 0:0)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:30
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
 
28 fevral
 
“Zirə” – “Araz-Naxçıvan” (ilk oyun - 0:1)
Zirə İK stadionu. Saat 16:00
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
 
“Neftçi” – “Kəpəz” (ilk oyun - 2:0)
Neftçi Arena. Saat 19:30
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov